EN

ABŞ-də Meksikanın sabiq rəsmiləri kartellərlə əlaqəyə görə saxlanılıb

BAKI, 16 may. TELEQRAF

ABŞ hakimiyyəti Meksikanın Sinaloa ştatının iki keçmiş yüksəkvəzifəli məmurunu narkokartellərlə əlaqədə ittiham edərək saxlayıb.

Teleqraf xəbər verir ki, bu barədə “El Universal” qəzeti məlumat yayıb.

Məlumata görə, Sinaloa ştatının keçmiş ictimai təhlükəsizlik naziri Herardo Merida Sançes Arizona ştatında saxlanıldıqdan sonra məhkəmə qarşısına çıxarılıb.

Ştatın sabiq maliyyə naziri Enrike Dias Veqa isə könüllü şəkildə ABŞ hakimiyyətinə təslim olub.

Nəşr bildirir ki, araşdırmalar fonunda Meksikanın Maliyyə Kəşfiyyatı Xidməti Sinaloa qubernatoru Ruben Roça Moya və onun qohumlarının bank hesablarını bloklayıb.

Xatırladılıb ki, ABŞ Ədliyyə Nazirliyi aprelin 29-da Ruben Roça Moya və digər rəsmilərə qarşı narkotik qaçaqmalçılığı və “Sinaloa” kartelinin “Los-Çapitos” adlı qruplaşmasına himayədarlıq ittihamı irəli sürüb.

Amerika prokurorluğunun məlumatına görə, təqsirləndirilən şəxslər fentanil, kokain və metamfetaminin ABŞ ərazisinə çatdırılmasına şərait yaradıblar.

Chosen
58
teleqraf.com

1Sources