EN

Qıtlıq olacaq: Hansı dərmanlar tapılmayacaq?

Avropa ölkələri İran ətrafında gərginliyin artması və Hörmüz boğazının blokadası səbəbindən dərman qıtlığı ilə üzləşə bilər.

Publika.az xəbər verir ki, bu barədə "La Tribune" qəzeti yazıb.

Qəzet bildirir ki, əczaçılıq sənayesində tədarük zəncirləri pozulub. Avropa bu sahədə 80 % Çin və Hindistandan asılıdır, həmin ölkələrdə isə neft və qaz qiymətləri artıb. Yaxın Şərqdə və Asiyada aviasiya marşrutlarının ləngiməsi də vəziyyətə mənfi təsir göstərir.

Başqa çatdırılma imkanları da mövcuddur, lakin onların dəyəri daha yüksəkdir. Bir sıra maddələrin tədarük zəncirləri isə çox mürəkkəbdir. Bütün bu səbəblərə görə, tədricən qıtlıq baş verə bilər.

Bundan əlavə, nəşr bildirib ki, aralarında etilen, karbamid və parafinin də olduğu bir çox komponentlər birbaşa Fars körfəzi ölkələrindən daxil olur.

Chosen
78
publika.az

1Sources