EN

İran neftini daşıyan tankerlərin Çinə getməsinə ABŞ özü şərait yaradıb

İran neftini daşıyan tankerlər yalnız Vaşinqton icazə verdiyinə görə Çinə keçə biliblər.

Musavat.com xəbər verir ki, bunu Fox News-a verdiyi müsahibədə ABŞ Prezidenti Donald Tramp deyib. Ondan İran nefti daşıyan üç tankerin Hörmüz boğazını keçərək Çinə gedə bilməsi ilə bağlı şərh verməsi istənilib: "Çünki biz buna icazə verdik".

O, həmnçinin Çin neft şirkətlərinin İrandan xam neft almasına qarşı sanksiyaları ləğv etməyi düşündüyünü bildirib. Ağ Evin mətbuat xidmətinin məlumatına görə, Amerika lideri "Biz bunu müzakirə etdik və yaxın gələcəkdə qərar verəcəyəm"deyib.

Musavat.com

Chosen
53
musavat.com

1Sources