EN

ABŞ la Çin arasında TARİXİ ANLAŞMA Hörmüzə necə NƏZARƏT OLUNACAQ?

ain.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Trampın Çinə səfəri başa çatıb. Görüşlər zamanı Çin lideri Si Cinpinin regionda dialoqa çağırış etməsi diqqət çəkib. ABŞ tərəfindən isə Pekinə qarşı İranın hərbi və iqtisadi imkanlarını dəstəkləməklə bağlı fikirlər səsləndirilib.Bəs bu görüşlərdən sonra siyasi proseslər necə cərəyan edəcək? ABŞ-də fəaliyyət göstərən geosiyasi analitik və beynəlxalq münasibətlər üzrə ekspert Yevgeni Çausovski Bizim.Media-ya açıqlamasında bildirib ki, son aylarda Tramp administrasiyasının əsas diqqət mərkəzində olan İran münaqişəsi fonunda Rusiya-Ukrayna müharibəsi ABŞ-ın xarici siyasət prioriteti kimi azaldı:“Çinin Ukrayna münaqişəsinə ABŞ-ın yanaşmasına birbaşa təsir göstərməsi ehtimalı az olsa da, Pekin İran münaqişəsində, xüsusən də Hörmüz boğazının yenidən açılması səyləri ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılmasında daha təsirli rol oynaya bilər. Beləliklə, ABŞ-ın Çinlə münasibətləri həm İran, həm də Rusiya-Ukrayna münaqişəsi üçün əhəmiyyətli nəticələrə səbəb ola bilər”.Çausovski əlavə edib ki, Tramp-Si görüşünün diqqətəlayiq elementlərindən biri də hər iki liderin İranın Hörmüz boğazına nəzarət etməməsi və ya onun istifadəsi ilə bağlı ödənişlər yığmaması barədə razılığa gəlməsi idi: “Xüsusilə, ABŞ və İran arasında diplomatik danışıqlar hələ də əhəmiyyətli bir irəliləyiş əldə etmədiyi, lakin tamamilə pozulmadığı bir vaxtda, iki lider arasında belə bir razılaşmanın Pekinin hər hansı bir mənalı və ya real hərəkətinə çevrilib-çevrilməyəcəyini görmək vacib olacaq”.Analitik Samuel Kliger isə bildirib ki, Hörmüz boğazı beynəlxalq ticarət trafikinə açıq olmalıdır: “Düşünürəm ki, İranın nüvə silahına sahib olmamalıdır. Tramp və Si əsasən Tayvan ətrafındakı vəziyyəti müzakirə ediblər və Rusiya-Ukrayna müharibəsini müzakirə edib-etmədikləri barədə çox detal məlum deyil”.Analitik əlavə edib ki, Çin və ABŞ regiondakı münaqişə ocaqlarını aradan qaldırmaq üçün əməkdaşlıqda maraqlıdırlar:“Əminəm ki, onlar dünyanın bir çox bölgəsini əhatə edən bir çox beynəlxalq münaqişələrin həlli ilə bağlı ortaq məxrəc tapmağa çalışacaqlar. Amma nə dərəcədə uğur qazanacaqları böyük sualdır. Çin əsasən Tayvanla maraqlanır, ABŞ isə Çin bazarını ABŞ mallarına açmaq da daxil olmaqla ticarət və iqtisadiyyat məsələlərinə diqqət yetirməyə çalışır.

 

Nəhayət, Amerika prezidentinin Çinə səfəri çox vacibdir, çünki iki iqtisadi supergüc illərdir münasibətlərini zəhərləyən ziddiyyətləri və problemləri aradan qaldırmağın yollarını tapmağa çalışır”, - deyə S.Kliger əlavə edib.

Qeyd edək ki, bu səfər ABŞ Prezidentinin doqquz ildən sonra Çinə ilk səfəri olub. Tramp sonuncu dəfə Pekinə 2017-ci ildə səfər edib.Tehran Orucoğlu, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
24
1
bizim.media

10Sources