EN

Maskın Pekindəki qəribə davranışları diqqət çəkdi FOTOLAR

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ prezidenti Donald Trampın Çinə reallaşdırdığı rəsmi səfərdə onu müşayiət edən nümayəndə heyətində yer alan milyarder iş adamı İlon Maskın həm ölkədən ayrılış prosesi, həm də Pekindəki qəribə davranışları diqqət mərkəzinə düşüb.Demokrat.az xəbər verir ki, ABŞ-da "OpenAI" şirkətinə qarşı açdığı məhkəmə davası davam edən və Kaliforniya ştatında keçirilən prosesdə yenidən ifadə verməyə çağırılması gözlənilən İlon Mask, hakimdən icazə almadan ölkəni tərk edib. Məhkəmə rəsmiləri iş adamının icazəsiz səfərinin qanuni problem yaradıb-yaratmayacağının işə baxan hakimdən asılı olduğunu və onun yenidən məhkəməyə çağırılacağı təqdirdə qanuna itaətsizliklə ittiham oluna biləcəyini bəyan ediblər.Digər tərəfdən, milyarderin Çində qatıldığı rəsmi şam yeməyində kameralara yansıyan qəribə mimikaları, göz qırpması və narahat hərəkətləri sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Xüsusilə "Apple" şirkətinin rəhbəri Tim Kuk və "Xiaomi"nin baş direktoru Ley Jun başda olmaqla, bir çox iş adamının onunla şəkil çəkdirmək üçün növbəyə durduğu anlarda Maskın nümayiş etdirdiyi qeyri-adi üz ifadələri tədbir iştirakçıları tərəfindən qeydə alınıb. ABŞ nümayəndə heyətinin bu səfərində həmçinin Müdafiə naziri Pit Heqsetin Çin Dövlət Başçısı Şi Cinpinqlə görüşərkən keçirdiyi gərginlik və Prezident Trampın ona etdiyi xəbərdarlıq jestləri də medianın diqqətindən yayınmayıb.Jalə

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
44
demokrat.az

1Sources