Ajans.az xarici mediaya istinadən xəbər verir ki, hadisə mayın 14-də Duinrell əyləncə parkının Tikibad spa zonasında baş verib. Yerli KİV-in məlumatına görə, gənc orada həmyaşıdları ilə istirahət edirmiş. İddialara əsasən, yeniyetmə mobil telefonu soyunub-geyinmə otaqlarının arakəsmələri arasından uzadaraq qonaqları paltar dəyişərkən çəkib. Şübhəli davranışı görən şahidlər təhlükəsizlik xidmətinin əməkdaşlarına müraciət ediblər. Bundan sonra gənc hovuz zonasında saxlanılaraq polisə təhvil verilib. Hüquq-mühafizə orqanları zərərçəkənləri dindirib. Təhqiredici davranışla bağlı bir qız şikayət edib. Daha sonra məlum olub ki, yeniyetmə daha əvvəl də akvapark əməkdaşlarında şübhə doğurub. Hazırda müstəntiqlər onun telefonunun məzmununu araşdırırlar.