Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov vilayətində iki yaşayış məntəqəsini nəzarət altına alıb.
"Cebheinfo.az" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov məlumat verib.
Məlumata görə, Rusiya hərbçiləri Xarkov vilayətində Kutkovka və Borovaya yaşayış məntəqələrini nəzarətə götürüb.
"Cebheinfo.az"