EN

Üztanıma sistemi ilə ödənişdə yaranan problem aradan qaldırıldı Rəsmi

Bizim media portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı Dəmiryol Vağzalı, Sumqayıt Dəmiryol Vağzalı və "Koroğlu" dayanacağındakı turniketlərdən keçərkən üztanıma ilə ödəniş sistemindən istifadə etmək üçün şərait yaradılıb. Bu sistemdən istifadə etmək üçün qeydiyyatdan keçmək istəyən bəzi vətəndaşlar çətinliklə üzləşiblər.Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, sakinlərin sözlərinə görə, yeni nəsil şəxsiyyət vəsiqəsi ilə sistemdə qeydiyyatdan keçmək mümkün deyil.Onlar bildiriblər ki, "ADY Mobile" mobil tətbiqində "Üztanıma ilə keçin" bölməsinə daxil olaraq bu xidmətdən yararlanmaq istəyəndə qeydiyyat prosesində yeni nəsil vəsiqələrin seriya nömrəsinə uyğun bölmə yaradılmayıb:

 

"Şəxsiyyət vəsiqəsiylə qeydiyyatdan keçmək istəyəndə orada ancaq AA və AZE olan seriya nömrəsini seçmək mümkündür. Yeni nəsil vəsiqələr isə AB seriyalıdır. Bu seriya isə siyahıya əlavə olunmayıb. Xidmətdən yararlanmaq üçün biz nə edək?"

Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin Mətbuat katibi Bəxtiyar Hacıyev bildirib ki, hazırda "İos" cihazlarında qeydiyyat zamanı yeni nəsil şəxsiyyət vəsiqəsi ilə bağlı yaşanan çətinlik aradan qaldırılıb:"İos" cihazlarından, "iPhone" mobil telefonundan istifadə edən vətəndaşlar "ADY Mobile" mobil tətbiqini yeniləyərək yenidən qeydiyyatdan keçə bilərlər. AZE və AA seriya siyahısına AB seriyası da əlavə edilib."Android" cihazlarında isə hazırda işlər davam edir, AB seriyası gün sonuna qədər əlavə olunacaq".

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
30
13
bizim.media

10Sources