EN

Gənclər niyə təhsil aldıqları sahə üzrə işləmirlər?

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Son illər əmək bazarında müşahidə olunan ən diqqətçəkən tendensiyalardan biri insanların uzun illər təhsil aldıqları sahədən uzaqlaşıb daha çox trend hesab edilən peşələrə yönəlməsidir.

"Cebheinfo.az"-ın araşdırmasına əsasən, bu dəyişimin arxasında tək bir səbəb yox, bir neçə sosial və iqtisadi faktor dayanır.

Belə ki, ən əsas səbəblərdən biri gəlirdir. Bir çox gənc və ya hətta orta yaşlı şəxslər öz ixtisasında aldığı maaşın gündəlik ehtiyacları qarşılamadığını düşünür.

Bu halda daha yüksək qazanc vəd edən sahələr, xüsusilə SMM, informasiya texnologiyaları, rəqəmsal marketinq və freelancing istiqamətləri daha cəlbedici görünür. Digər mühüm faktor isə zamanla dəyişən maraq və arzulardır. 

İnsanlar universitet illərində seçdikləri peşənin real iş həyatında gözlədikləri kimi olmadığını görür və fərqli sahələrə yönəlmək qərarı verirlər. Bu, xüsusilə yaradıcı və dinamik iş mühitinə ehtiyacı olan gənclərdə daha çox müşahidə olunur.

Son illərdə “trend peşələr” anlayışı da ciddi rol oynayır. Sosial şəbəkələrdə SMM mütəxəssislərinin, proqramçıların və rəqəmsal sahədə çalışanların yüksək gəlirli və rahat həyat tərzi ilə təqdim olunması bu sahələrə kütləvi maraq formalaşdırır. İnsanlar çox vaxt bu peşələrin arxasındakı real əmək yükünü görmədən yalnız nəticəyə fokuslanırlar.

Digər tərəfdən, bu sahələrə keçid nisbətən daha asan görünür. Bir neçə aylıq kurslar, onlayn təlimlər və sertifikat proqramları insanlara yeni bir peşəyə başlama imkanı yaradır. Bu da xüsusilə tez nəticə əldə etmək istəyənlər üçün əlavə stimul olur.

Lakin bu keçid hər zaman asan olmur. Təlabatlı sahələrdə rəqabət çox yüksəkdir və yalnız kurs keçmək kifayət etmir. Təcrübə, real layihələr, davamlı öyrənmə və özünü inkişaf etdirmə bu sahələrdə uğur üçün əsas şərtlərdir. Bir çox insan isə bunu prosesə daxil olduqdan sonra başa düşür.

Yəni insanlar artıq peşəni təkcə oxuduqları ixtisasa görə yox, daha çox qazanca və həyat şəraitinə görə seçirlər. Yəni öyrəndikləri ixtisasdan çox onlara nə qazanc gətirəcəyi daha vacib olur.

Bu da əmək bazarını dəyişir, iş imkanları artır, eyni zamanda isə seçim etmək və uğur qazanmaq daha da çətinləşir.

Gülər Həsənli 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
52
1
cebheinfo.az

2Sources