EN

Məşhur avtomobil markası silah istehsalına başlayır?

Almaniyanın "Mercedes-Benz" avtomobil konserni müdafiə sənayesi bazarına daxil olmaq imkanını istisna etmir.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Ola Kallenius "The Wall Street Journal" nəşrinə müsahibəsində danışıb.

"Dünya getdikcə daha gözlənilməz hala gəlir. Mənə elə gəlir ki, Avropa öz müdafiə potensialını gücləndirməlidir. Əgər biz bu məsələdə rol oynaya bilsək, etmək istərdik", - deyə o qeyd edib.

Daha əvvəl isə KNDS (Avropa Müdafiə Sənayesi Holdinqi) Almaniya-Fransa müdafiə şirkətinin Berlinin cənubunda Ştutqart avtomobil konserninin zavodunu almaq üçün "Mercedes-Benz" ilə danışıqlar apardığı bildirilmişdi.

"Cebheinfo.az"

Chosen
25
cebheinfo.az

1Sources