EN

Yaxın Şərqdə böyük müharibə anonsu-Tramp növbəti 24 saat ərzində İrana zərbə qərarı verəcək

Yaxın Şərqdə qısamüddətli nisbi sakitlikdən sonra bölgəni tamamilə alova bürüyəcək dəhşətli hərbi gərginlik dalğası başlayır.

Musavat.com xəbər verir ki, İsrailin "12-ci Kanal" televiziyası yerli hərbi və siyasi ekspertlərin strateji qiymətləndirmələrinə istinadən dünya gündəmini sarsıdacaq məlumat yayıb. Verilən xəbərə görə, ABŞ Prezidenti Donald Tramp yaxın 24 saat ərzində İrana qarşı hərbi zərbələrin yenidən bərpa olunması barədə yekun və qəti qərarını qəbul edəcək.

Bu anons ABŞ-ın İrana verdiyi bir aylıq müvəqqəti möhlətin və atəşkəs rejiminin tamamilə iflasa uğradığını göstərir. Paralel olaraq, İsrail rəhbərliyi də genişmiqyaslı hərbi əməliyyatların bərpası üçün artıq bütün döyüş hazırlıqlarını tamamlayıb.

Televiziya kanalına açıqlama verən yüksək rütbəli İsrail rəsmisi bölgədəki vəziyyətin kritik həddə çatdığını gizlətməyib: "Müharibənin yenidən başlaması an məsələsidir və biz bir neçə gündən bir neçə həftəyə qədər davam edə biləcək intensiv döyüş əməliyyatlarına tam hazırlaşırıq", — deyə o bəyan edib. Ekspertlər qeyd edirlər ki, Trampın son çıxışlarında İrana qarşı "təmizləmə əməliyyatı" barədə işlətdiyi ifadələr məhz bu hərbi ssenarinin pərdəarxası hazırlığı olub. Vaşinqton və Təl-Əvivin bu koordinasiyalı həmləsi regionda Hörmüz boğazı ətrafındakı neft nəqliyyatını və qlobal enerji bazarlarını da birbaşa təhlükə altına qoyur.

Musavat.com

Chosen
42
musavat.com

1Sources