EN

​Tərəfdarlar Sergeni istefaya çağırdı

"Beşiktaş"ın baş məşqçisi Sergen Yalçın tərəfdarların qəzəbinə tuş gəlib. Buna səbəb ağ-qaralı klubun bu mövsüm Türkiyə çempionatında zəif oyun nümayiş etdirməsi olub. Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisinin ötən gün rəqib meydanda "Çaykuru Rizespor"la bərabərə qalması azarkeşləri hiddətləndirib. Minlərlə "Besiktaş" tərəfdarı Yalçını istefaya çağırıb.

Təcrübəli mütəxəssis jurnalistlərin bununla bağlı sualını cavablandırmaqdan imtina edib. "Bu məsələni klub rəhbərliyi ilə müzakirə etməmişik. Komandamız üçün xeyirli nədirsə, o da olacaq", - deyən Sergen sualı cavablandırmaqdan yayınıb.

Chosen
83
metbuat.az

1Sources