EN

İranda 51 nəfərin əmlakı müsadirə edildi

İranın Yəzd əyalətində İsraillə əməkdaşlıqda ittiham olunan 51 nəfərin aktivləri müsadirə edilib. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə İran Məhkəmə Sisteminə bağlı “Mizan” agentliyi məlumat yayıb.

Bildirilir ki, İsraillə əməkdaşlıq etdiyi aşkar edilən 51 nəfərin daşınar və daşınmaz əmlakı müsadirə edilib.

Bu şəxslərdən 20-sinin İranda, 31-nin isə xaricdə olduğu bildirilib.

Aktivləri müsadirə edilən şəxslərlə bağlı araşdırmalar davam edir.

Chosen
47
cebheinfo.az

1Sources