EN

Yeni sürət qatarı xətti 6 şəhəri BİRLƏŞDİRƏCƏK

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropada yeni yüksək sürətli qatar xəttinin istifadəyə verilməsi planlaşdırılır.Bizim.Media “musavat.com”a istinadla xəbər verir ki, Almaniyanın Köln şəhəri ilə Belçikanın Antverpen şəhərini birləşdirəcək yeni birbaşa ICE xətti 7 sentyabr 2026-cı ildə fəaliyyətə başlayacaq. Bu marşrut iki şəhər arasında ilk birbaşa ICE reysi olacaq.Layihə Almaniyanın dəmir yolu şirkəti olan Deutsche Bahn ilə Belçikanın milli dəmir yolu operatoru SNCB əməkdaşlığı çərçivəsində həyata keçirilir. Yeni xətt Köln, Aachen, Liège, Leuven, Brüssel və Antverpen şəhərlərini bir-birinə bağlayacaq.Məlumata görə, qatarlar gündə qarşılıqlı olaraq iki dəfə hərəkət edəcək. Köln–Antverpen marşrutu üzrə səfər müddətinin təxminən 2 saat 25 dəqiqə olacağı gözlənilir.Bilet qiymətləri hələ rəsmi açıqlanmasa da, mövcud Köln–Brüssel tariflərinə əsasən erkən rezervasiya biletlərinin 35–55 dollar, standart biletlərin isə 75–140 dollar arasında dəyişəcəyi ehtimal edilir.Yeni marşrutun Avropada turizm və şəhərlərarası nəqliyyatı canlandıracağı bildirilir. Xətt xüsusilə tarixi və mədəni şəhərlərə rahat çıxış imkanı yaratdığı üçün turistlər üçün də cəlbedici hesab olunur.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
29
2
bizim.media

3Sources