EN

“Sportinq”dən 30 milyonluq transfer

ain.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Sportinq” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Portuqaliya təmsilçisi “Braqa”dan Rodriqo Salasarı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi ilə anlaşmanın detalları açıqlanmayıb.

Portuqaliya mətbuatının xəbərinə görə, “Sportinq” Salasar üçün 30 milyon avro ödəyəcək.

Uruqvaylı futbolçu bu mövsüm 47 oyunda 23 qol vurub, 8 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
34
futbolpress.az

1Sources