Tehran Hörmüz boğazından keçid üçün xüsusi marşrut əsasında yeni idarəetmə mexanizmi hazırlayıb və bu mexanizm yaxın günlərdə rəsmi şəkildə elan olunacaq.
Qaziler.az xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi “X” hesabında paylaşım edib.
Əzizi bildirib ki, yeni marşrutdan yalnız kommersiya gəmiləri və İranla əməkdaşlıq edən tərəfdaşlar istifadə edə biləcək. Eyni zamanda, göstəriləcək ixtisaslaşmış xidmətlər üçün ödənişlərin alınacağı da qeyd olunub.
Əzizi əlavə edib ki, bu marşrut ABŞ-ın təşəbbüsü kimi təqdim olunan və “Azadlıq Layihəsi” adlandırılan planın iştirakçıları üçün bağlı qalacaq.