EN

ABŞ dən şok plan: Raul Kastronun “Venesuela ssenarisi” ilə saxlanılması müzakirə edilir

ain.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ administrasiyası Kubanın keçmiş lideri Raul Kastronun saxlanılması imkanını nəzərdən keçirir.

Sherg.az xəbər verir ki, bu barədə "The New York Times" Ağ Evdəki mənbələrə istinadən yazıb.

Daha əvvəl "USA Today" ABŞ-nin bu siyasətçi barəsində cinayət işi açmağı planlaşdırdığını bildirmişdi. Qeyd olunur ki, Vaşinqton bundan əvvəl Venesuela prezidenti Nikolas Maduronun saxlanılması üçün də oxşar federal ittihamlardan istifadə edib.

Məlumata görə, ABŞ rəsmiləri “Venesuela ssenarisini” yenidən tətbiq etmək imkanını müzakirə edirlər.

Tramp administrasiyasına yaxın bəzi mənbələr isə prezident Donald Trampın bu addımı təsdiqləməyə biləcəyini, lakin belə bir təhdidin belə Havana üzərində təzyiq vasitəsi ola biləcəyini bildiriblər.

Yanvarın sonunda Ağ Ev Kuba ilə bağlı milli təhlükəsizlik səbəbi ilə yeni fövqəladə vəziyyət elan etmiş və neft idxalına dair sanksiyalar tətbiq etmişdi. Bundan sonra Kubada yanacaq böhranı yaranıb. Rusiya isə humanitar yardım çərçivəsində ölkəyə 100 min ton neft göndərib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
42
sherg.az

1Sources