Misli Premyer Liqasının 32-ci turunda “Qarabağ” “İmişli” ilə qarşılaşıb.
“İki sahil”in məlumatına görə, yarışın 46-cı dəqiqəsində Kamilo Duran hesabı açıb. 66-cı dəqiqədə isə penaltini dəqiq yerinə yetirən Marko Yankoviç ağdamlıların üstünlüyünü iki qola yüksəldib. 78-ci dəqiqədə Abdullah Zubir komandasının üçüncü qolunu vurub.
Misli Premyer Liqası,
32-ci tur
16 may (şənbə)
17:00. “Qarabağ” 3-0 “İmişli”
Qollar: Kamilo Duran, 46, Marko Yankoviç, 66-pen. Abdullah Zubir, 78
Baş hakim: Emin Əliyev
Tofiq Bəhramov adına Respublika Stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”