BAKI, 16 may. TELEQRAF
Azərbaycan Premyer Liqasının XXXII turunda “Şamaxı” və “Turan Tovuz” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, dramatik keçən görüşdə Şamaxı təmsilçisi qalib gəlib - 3:2.
Ev sahiblərinin qollarını A.Ağcabəyov, D.Balau, A.Rzayev, qonaqların qollarını isə V.İbrahima və A.Serrano vurub.
Qeyd edək ki, tura mayın 17-də yekun vurulacaq.