İran mediasının yaydığı məlumatlara görə, Avropa ölkələri öz gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçidini təmin etmək məqsədilə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri ilə danışıqlara başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə İranın İRİB dövlət televiziyasının müxbiri məlumat yayıb.
Məlumata görə, təmasların aktivləşməsi son günlər Çin, Yaponiya və Pakistana məxsus gəmilərin sözügedən boğazdan uğurlu keçidindən sonraya təsadüf edib.
Xəbərdə qeyd olunur ki, İran tərəfi Hörmüz boğazında, Hörmüz adasının cənub hissəsindən Lark adasının çıxışına qədər olan zonada müəyyən edilmiş gəmiçilik qaydalarının təmin olunmasını davam etdirir.
Şərqi Asiya ölkələrinin, o cümlədən Çin, Yaponiya və Pakistanın gəmiləri keçdikdən sonra, Avropa dövlətlərinin də İranın hərbi-dəniz qüvvələri ilə dialoqa qoşulduğu iddia edilir.
Musavat.com