Bakivaxti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Azərbaycanda son aylarda mobil nömrələrə göndərilən saxta SMS və zənglər vasitəsilə bank kartlarından pul oğurluğu halları artıb. Kibertəhlükəsizlik üzrə mütəxəssislər vətəndaşları naməlum nömrələrdən gələn mesajlara qarşı diqqətli olmağa çağırır.
Bakıvaxtı.az xəbər verir ki, dələduzlar özlərini bank əməkdaşı kimi təqdim edərək vətəndaşlara “kartınız bloklanıb”, “hesabınıza hücum edilib” və ya “geri ödəniş qazanmısınız” kimi mesajlar göndərirlər. Daha sonra isə şəxsi məlumatlar, kartın CVV kodu və təsdiq SMS-ləri tələb olunur.
Mütəxəssislər bildirirlər ki, real bank əməkdaşları heç vaxt telefon vasitəsilə kartın tam məlumatlarını istəmir. Buna baxmayaraq, bir çox insan panikaya düşərək məlumatlarını qarşı tərəfə ötürür və nəticədə hesabındakı pulları itirir.
Xüsusilə yaşlı şəxslərin və internet təhlükəsizliyi barədə məlumatı az olan insanların daha çox risk altında olduğu qeyd edilir. Ekspertlər naməlum linklərə keçməməyi, kart məlumatlarını heç kimlə paylaşmamağı və şübhəli zəngləri dərhal sonlandırmağı tövsiyə edir.
Hüquq-mühafizə orqanları və banklar vətəndaşlara çağırış edərək bildirir ki, belə hallarla qarşılaşan şəxslər dərhal bankla və polis orqanları ilə əlaqə saxlamalıdır.
Aynur Babazadə
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.