EN

Xərçəngə qarşı peyvənd sınaqdan keçirilir

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Rusiyada xərçəng xəstəliyinə qarşı hazırlanmış yeni peyvənd ilk dəfə bir neçə pasiyent üzərində tətbiq olunub.Demokrat.az xəbər verir ki, Rusiya Federal Tibbi-Bioloji Agentliyinin rəhbəri Veronika Skvortsova açıqlamasında bildirib ki, indiyədək 5 nəfər bu vaksinlə peyvənd edilib. Hazırda preparat əsasən bağırsaq xərçəngi diaqnozu qoyulan xəstələr üzərində sınaqdan keçirilir.Məlumata əsasən, ilk pasiyent artıq altı doza qəbul edib və preparatın orqanizm tərəfindən normal qəbul olunduğu qeyd edilir. Agentlik rəhbəri peyvəndin təhlükəsiz hesab edildiyini desə də, onun müalicəyə təsiri barədə yekun nəticələrin yaxın aylarda məlum olacağını vurğulayıb.Qeyd olunub ki, hazırda daha 35 xəstə vaksinasiya üçün gözləmə siyahısındadır.Leyla

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
56
50
demokrat.az

10Sources