BAKI, 16 may. TELEQRAF
Qətərin Baş naziri və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Əl-Sani Yunanıstanın paytaxtı Afinada keçirilən Avropa-Körfəz Geosiyasət və İnvestisiya Alyansının birinci sammiti çərçivəsində Küveytin Baş naziri Məhəmməd Sabah Əl-Salim Əl-Sabah ilə danışıqlar aparıb.
Teleqraf "Əl-Cəzirə"yə istinadən xəbər verir ki,tərəflər İran və ABŞ arasında atəşkəs rejimini və gərginliyin azaldılması səylərini müzakirə ediblər.
Qətərin Baş naziri "bütün tərəflərin davam edən vasitəçilik səylərinə müsbət reaksiya verməsinin vacibliyini" vurğulayıb.