EN

​Göyçayda güclü yağış ciddi fəsadlar yaratdı -

Göyçay rayonunda yağan güclü yağış bəzi ərazilərdə ciddi fəsadlar yaradıb. Rayonun Məmməd Əmin Rəsulzadə küçəsində yaşayan Zamanovlar ailəsi də yağışdan zərər görən sakinlər arasındadır.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumatına görə, intensiv yağıntıdan sonra ailənin yaşadığı evin həyəti tamamilə su altında qalıb.

Suyun səviyyəsinin yüksəlməsi nəticəsində həyətdə hərəkət çətinləşib, ailə üzvləri gündəlik məişət işlərində problemlərlə üzləşiblər. Ev sahibi Əli Zamanov Elburus oğlu bildirib ki, yağış sularının axıdılması üçün ərazidə yetərli şərait olmadığından vəziyyət daha da ağırlaşıb.

Onun sözlərinə görə, güclü yağışdan sonra həyətə dolan su uzun müddət çəkilməyib. Sakinlər aidiyyəti qurumlardan problemin həlli üçün dəstək göstərilməsini istəyirlər.

Bildirilir ki, ərazidə yağış sularının rahat şəkildə axıdılması üçün kanalizasiya və drenaj sistemində müəyyən tədbirlərin görülməsinə ehtiyac var.

Davud Tarverdiyev


Chosen
62
metbuat.az

1Sources