EN

Rutte ABŞ ı razı salmaq üçün Avropa hərbi şirkətlərinə təzyiq göstərməyi planlaşdırır

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

NATO-nun baş katibi Mark Rutte Brüsseldə keçiriləcək görüşdə Avropa hərbi korporasiyalarına və nazirliklərinə təzyiq göstərməyi, onları bölgədə müdafiə istehsalını artırmağa razı salmağı planlaşdırır.

Bizimyol.info xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

“Baş katib mütəmadi olaraq alyansın bütün üzv ölkələrindən olan sənaye və maliyyə müəssisələrinin nümayəndələri ilə görüşərək istehsalın, innovasiyaların və investisiyaların artırılmasını təşviq edir, müdafiə potensialımıza uyğun ehtiyacları qarşılamağa çalışır”, - deyə NATO-nun nümayəndəsi qəzetə bildirib.

Qəzetin məlumatına görə, Şimali Atlantika alyansı Avropa sənayesinin ABŞ-ın müdafiə xərclərini artırmaq tələblərinə dəstək verməsini istəyir və bununla da ABŞ Prezidenti Donald Trampın “qəzəbini” yumşaltmaq məqsədi güdür. Trampın narazılığı, ABŞ-ın Yaxın Şərqdəki münaqişədə müttəfiqlər tərəfindən kifayət qədər dəstəklənməməsi ilə bağlıdır.

Görüşdə Rheinmetall, Safran, Airbus, Saab, MBDA və Leonardo kimi böyük şirkətlərin nümayəndələrinin iştirak edəcəyi gözlənilir. Şirkətlərin istehsal qabiliyyətini artırmaq üçün müəssisələrin sayı və işçi heyəti artırılacaq, xüsusi diqqət isə hava hücumundan müdafiə və uzun məsafəli raket sistemləri məsələlərinə yönəldiləcək.

Xatırladaq ki, aprelin 1-də "Reuters" agentliyinə verdiyi müsahibədə Tramp NATO-dan narazılıq ifadə etmiş və ABŞ-ın alyansdan çıxma imkanını nəzərdən keçirdiyini bildirmişdi. Britaniyanın "The Daily Telegraph" qəzetinə verdiyi müsahibədə o, NATO-nu “kağız pələngi” adlandırmış və bu təşkilata heç vaxt xüsusi simpatiya hiss etmədiyini etiraf etmişdi.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
49
icma.az

1Sources