EN

İranda vəziyyət hələ də düzəlməyib DİN

Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Döyüş əməliyyatlarının dayanmasına baxmayaraq, ölkədə vəziyyət hələ də qeyri-sabit olaraq qalır.

Axar.az xəbər verir ki, bunu İran Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əli Zeynivand deyib.

O bildirib ki, icra strukturları vəziyyətin sabitləşdirilməsi, əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması və vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün praktik addımlar atmalıdır:

“Müharibə tam başa çatdıqdan sonra seçkilərin keçirilməsi ilə bağlı qrafiki elan edəcəyik. İran Silahlı Qüvvələri tam döyüş hazırlığındadır. Ordunun hazırlıq səviyyəsi fevral ayında başlayan müharibədən sonra ciddi şəkildə yüksəlib və hazırda ən yüksək həddə çatıb. Cənub sərhədlərində yaranan çətinliklərə baxmayaraq, şərq, qərb və şimal sərhəd keçid məntəqələrindən istifadə olunur. Ölkəmizi blokadaya almaq mümkün deyil”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
69
3
axar.az

4Sources