“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola klubla 10 il ərzində 20-ci titulu qazanıb.
90deqiqe.Az xəbər verir ki, komanda İngiltərə Kubokunun 2025/2026 mövsümünün finalında “Çelsi” üzərində 1:0 hesablı qələbə əldə edib. Qarşılaşma Londonun “Uembli” stadionunda keçirilib və oyunu Derren İngland idarə edib.
Bununla da Qvardiola İngiltərə Kubokunu üçüncü dəfə qazanmış baş məşqçi olub. O, klubla İngiltərə Premyer Liqasını 6 dəfə, İngiltərə Liqa Kubokunu 5 dəfə, İngiltərə Superkubokunu isə 3 dəfə qazanıb.
“Mançester Siti” Qvardiolanın rəhbərliyi altında bir dəfə Avropa Çempionlar Liqasının, bir dəfə Avropa Superkubokunun və bir dəfə də FIFA Klub Dünya Kubokunun qalibi olub.
Qeyd edək ki, ispan mütəxəssis 2016-cı ilin yayından etibarən “Mançester Siti”yə rəhbərlik edir.