EN

Banu Qaniyevna Nurqaziyeva: Birlik olan yerdə bərəkət olar

Qazaxıstan Vətəndaş Alyansının rəhbəri Banu Qaniyevna Nurqaziyeva Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumundakı çıxışında gənclərin mənəvi tərbiyəsinin önə çəkilməsini vurğulayıb:

“Xalqlarımız əsrlər boyu sadə, lakin dərin bir hikməti nəsildən-nəslə ötürüb: “Birlik olan yerdə bərəkət olar”. Türk dünyası tarixən yalnız ortaq tarixlə deyil, həm də ortaq dəyərlərlə birləşib - böyüklərə hörmət, uşaqlara qayğı, ənənələrə sədaqət və gələcək nəsillər qarşısında məsuliyyət hissi çox vacibdir. Məhz bu dəyərlər cəmiyyətlərimiz arasında əməkdaşlığın möhkəmlənməsi üçün etibarlı zəmin yaradır”.

Chosen
51
qht.az

1Sources