EN

İt əti bazarı bağlanır – yeni qanun qüvvəyə minir

Cənubi Koreyada it ətinin istehsalı və satışı ilə bağlı fəaliyyətlərin mərhələli şəkildə dayandırılması prosesi davam edir.

Musavat.com xəbər verir ki, ölkədə itlərin ət məqsədilə saxlanıldığı fermaların artıq 82 faizi bağlanıb. Hakimiyyət orqanları bildirib ki, qalan təsərrüfatlar da 2026-cı ilin sonuna qədər fəaliyyətini tam dayandırmalıdır.

Qərara əsasən, 2027-ci ilin fevralından etibarən ölkədə itlərin ət üçün yetişdirilməsi, kəsimi, satışı və qida məqsədilə istifadəsi tam qadağan olunacaq.

Qeyd olunur ki, bu addım heyvanların müdafiəsi ilə bağlı uzun illər davam edən ictimai müzakirələrdən sonra qəbul edilib.

Musavat.com

Chosen
94
musavat.com

1Sources