EN

Dursun Özbek bombanı partlatdı 600 milyon avro

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin "Qalatasaray" klubunun prezidenti Dursun Özbək İstanbul təmsilçisinin gələcək dövr üçün nəzərdə tutulan strateji hədəflərini ictimaiyyətə təqdim edib.

Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub rəhbəri "sarı-qırmızılılar"ı iqtisadi və idman sahəsində dünyanın ən elit təbəqəsinə qaldırmağı planlaşdırır.

Açıqlanan rəsmi hədəflər arasında klubun illik gəlirinin 600 milyon avroya çatdırılması və məşhur "Deloitte Pul Liqası" reytinqində ilk 15 komanda arasında yer almaq xüsusi vurğulanıb.

Qlobal brendləşmə yolunda rəqəmsal platformalarda 150 milyon izləyici kütləsinə ucalmağı hədəfləyən İstanbul nəhəngi, idman uğuru olaraq hər mövsüm UEFA Çempionlar Liqasında minimum 1/8 final mərhələsinə yüksəlməyi qarşıya məqsəd qoyub.

Kamil Xudiyev

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
79
fanat.az

1Sources