EN

Livanda İsrail Müdafiə Qüvvələrinin tağım komandiri öldürüldü

BAKI, 17 may. TELEQRAF

İsrail ordusunun zabiti cümə günü Livanın cənubunda Hizbullah hərəkatının pilotsuz təyyarə hücumu nəticəsində ölüb.

Teleqraf xəbər verir ki, 24 yaşlı Maoz İsrael Rekanati Qolan Briqadasının 12-ci batalyonunda tağım komandiri idi. Onun bir ay sonra toyu olacaqdı.

Recanati atəşkəsin başlanmasından bəri Livanın cənubunda öldürülən yeddinci İsrail hərbçisidir.

Chosen
112
teleqraf.com

1Sources