EN

Dursun Özbek "bombanı partlatdı": 600 milyon avro

Türkiyənin "Qalatasaray" klubunun prezidenti Dursun Özbək İstanbul təmsilçisinin gələcək dövr üçün nəzərdə tutulan strateji hədəflərini ictimaiyyətə təqdim edib.

Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub rəhbəri "sarı-qırmızılar"ı iqtisadi və idman sahəsində dünyanın ən elit təbəqəsinə qaldırmağı planlaşdırır.

Açıqlanan rəsmi hədəflər arasında klubun illik gəlirinin 600 milyon avroya çatdırılması və məşhur "Deloitte Pul Liqası" reytinqində ilk 15 komanda arasında yer almaq məqsədi xüsusi vurğulanıb.

Qlobal brendləşmə yolunda rəqəmsal platformalarda 150 milyon izləyici sayına çatmağı hədəfləyən İstanbul nəhəngi hər mövsüm UEFA Çempionlar Liqasında ən azı 1/8 final mərhələsinə yüksəlməyə köklənib.

Kamil Xudiyev

Chosen
30
fanat.az

1Sources