EN

Ronaldu final məğlubiyyətindən sonra mükafatlandırma mərasiminə qatılmayıb

BAKI, 17 may. TELEQRAF

“Əl-Nəsr”in hücumçusu Cristiano Ronaldo Asiya Çempionlar Liqasının ikinci divizionunun finalında komandasının məğlubiyyətindən sonra mükafatlandırma mərasiminə qatılmayıb.

Teleqraf xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr” final qarşılaşmasında Yaponiyanın Gamba Osaka klubuna 0:1 hesabı ilə uduzub.

Məlumata görə, portuqaliyalı futbolçu oyundan sonra keçirilən mükafatlandırma mərasimində iştirak etməyib.

41 yaşlı Ronaldo 2022-ci ilin dekabrından “Əl-Nəsr”in formasını geyinir. O, klubla indiyədək yalnız Ərəb Çempionlar Kubokunun qalibi olub.

Qeyd edək ki, Ronaldo futbol tarixinin ən məhsuldar bombardirlərindən biri hesab olunur və beşqat “Qızıl top” mükafatının sahibidir.

Chosen
57
teleqraf.com

1Sources