Fransada dünyanın ən yaşlı itlərindən biri hesab olunan Lazar adlı papiyon cinsli it ölüb.
Musavat.com xəbər verir ki, Lazar 30 yaşında həyatını itirib.
Məlumata görə, son illərdə itin görmə qabiliyyəti xeyli zəifləyib, dişlərini itirib və bezdən istifadə edirmiş.
Bildirilir ki, sahibəsinin ölümündən sonra Lazarı 29 yaşlı fransız qadın himayəsinə götürüb. Lakin bir neçə gün sonra it baytarlıq klinikasında ölüb.
Lazarın uzunömürlü həyatı Fransada böyük maraq doğurub və o, dünyanın ən yaşlı itlərindən biri kimi tanınıb.
Musavat.com