EN

“Mediadan dəstək istəyirik, təkliflərlə çıxış etsinlər”

futbolpress-az saytından alınan məlumata görə, ain.az bildirir.

AFFA prezidenti Rövşən Nəcəf yeni mövsümdən legioner limitinin ləğvi haqda danışıb:

Futbolpress.az xəbər verir ki, o, bu barədə konfransda açıqlama verib:

“Bu, yerli oyunçuların keyfiyyətinin yüksəlməsinə kömək olacaq. Əgər yerlilər legionerlərə rəqabətdə uduzacaqsa, 4-cü komandalarda əsas heyətə düşə bilməyən yerlilərlə millidə hansı uğura imza ata bilərik? Bu qərarın bizi yuxarılara aparacağına inanırıq. Uğuru necə təsvir etməyimizdən çox çey asılıdır. Avropa çempionatının seçmə mərhələsində 3-5-ci yerlər uğurdur? Biz bunu istəmirik. İstəyirik ki, millimiz mötbətər turnirlərin final mərhələsində oynasın. Əvvəlki dövrlərdə də düşünmürəm ki, uğur adlandıracağımız nəticələr var idi”.

AFFA rəhbəri milli komandanın nəticələrinə və baş məşqçi Fernandu Santuşun işinə də toxunub:

“Haiti ilə matçda bizdə cəmi 4, Belarusla oyunda 2 milliləşdirilmiş oyunçu var idi. Əvvəllər bu say 7 idi. Rəqabətli cavan komanda qurmaq çətin prosesdir. Amma edilməlidir. Santuşla müzakirəmiz oldu. Qısa müddətdə daha ürəkaçan nəticələrin olması haqda müzakirələr apardıq. İyunda yoldaşlıq oyunlarımız var. Biz yalnız nəticələrə yox, onun yeniliklərə yanaşmasına diqqət verməliyik. Təklif edirəm ki, iyunda yoldaşlıq oyunlarından əvvəl medianın səhərdən axşama qədər komandanı necə hazırladığını görmək üçün iştirakı olsun. Məşqçini yalnız oyunun nəticəsinə görə qiymətləndiririk. Amma onun oyuna, məşqə yanaşmasını görsünlər. Mediadan dəstək istəyirik, təkliflərlə çıxış etsinlər. Santuş ilk dəfə millinin heyətini canlı olaraq elan etməyə başladı”.

Mirkamal Kazım

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
45
futbolpress.az

1Sources