EN

Alman psixiatrlar Trampı analiz etdi – diqqətçəkən nəticə

Almaniyanın “Zeit” nəşrində dərc olunan materialda bəzi psixiatrlar ABŞ prezidenti Donald Trampın davranışları ilə bağlı diqqətçəkən qiymətləndirmələr səsləndiriblər.

Musavat.com xəbər verir ki, məqalədə Trampın mövqelərini tez-tez və gözlənilmədən dəyişməsi, impulsiv davranışları və bəzi açıqlamalarında müşahidə olunan sərt reaksiyalar xüsusi vurğulanıb.

Bəzi mütəxəssislər bu davranışların manik vəziyyətləri xatırlatdığını bildiriblər. Yazıda həmçinin Trampın özünü istisnasız haqlı hesab etməsi və güclü narsistik xüsusiyyətlər nümayiş etdirməsi qeyd olunub.

Bununla belə, materialda vurğulanır ki, şəxsi tibbi müayinə aparılmadan heç bir rəsmi diaqnoz qoyulmayıb.

Musavat.com

Chosen
18
1
musavat.com

10Sources