EN

Azərbaycanlı zəvvar: Həccə getməyi çoxdan arzulayırdım

Həccə getməyi çoxdan arzulayırdım.

Bu sözləri "Report"a açıqlamasında Həcc ziyarətinə yola düşən İsmayıl Vəliyev deyib.

Zəvvar sevincini gizlətməyib: "İlk dəfədir Həcc ziyarətinə gedirəm. Sevincliyəm, çünki o gözəl torpağı görmək mənə qismət olacaq. Bir sıra dualarım var. Qoy dünyada əmin-amanlıq, rifah olsun! İnşallah arzularım həyata keçər".

Bu gün Azərbaycanlı zəvvarların bir qrupu Həcc ziyarətinə yola düşəcək. Zəvvarlar Heydər Əliyev Hava Limanından Həccə gediblər.

Qeyd edək ki, mayın 27, 28-i Azərbaycanda Qurban bayramı qeyd olunacaq.

Chosen
119
far.az

1Sources