BAKI, 17 may. TELEQRAF
İsrailin Beyt-Şemeş şəhəri yaxınlığında güclü partlayış qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.
Məlumata görə, partlayış dövlətə məxsus müdafiə şirkəti “Tomer”in keçirdiyi sınaqlar zamanı baş verib.
Bildirilib ki, hadisə planlaşdırılmış testlərin bir hissəsi olub.
Qeyd edək ki, “Tomer” şirkəti raket mühərriklərinin istehsalı ilə məşğuldur.