EN

Venesuela hökuməti Maduro tərəfdarını deportasiya edib

Bakı, 17 may, AZƏRTAC

Venesuela hakimiyyəti əvvəllər ABŞ-də məhbus mübadiləsində azad edilmiş və Nikolas Maduro hökumətində nazir vəzifəsi tutmuş Kolumbiya vətəndaşı Aleks Saabı deportasiya edib.

AZƏRTAC Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Venesuela miqrasiya xidməti məlumat yayıb. Deportasiya qərarı Aleks Saabın ABŞ-də müxtəlif cinayətlərdə iştirakı nəzərə alınmaqla verilib. Ancaq Saabın hansı ölkəyə deportasiya edildiyi məlum deyil.

Chosen
132
3
azertag.az

4Sources