EN

Venesuela keçmiş nazirini ABŞ-yə deportasiya edib

BAKI, 17 may. TELEQRAF

Kolumbiya vətəndaşı, eyni zamanda Venesuela vətəndaşlığı daşıyan Aleks Naim Saab Moran Venesueladan ABŞ-yə deportasiya olunub.

Teleqraf xəbər verir ki, bu barədə Venesuelanın informasiya və rabitə naziri Migel Peres açıqlama yayıb.

Bildirilib ki, deportasiya qərarı Aleks Saabın ABŞ-də müxtəlif cinayətlərdə iştirakına dair ittihamlar nəzərə alınaraq qəbul edilib.

Qeyd edək ki, Aleks Saab 2026-cı ilin yanvarınadək Venesuelanın sənaye və milli istehsal naziri vəzifəsində çalışıb.

O, ABŞ sanksiyaları şəraitində Venesuelaya ərzaq və dərman tədarükünü təmin etmək üçün diplomatik nümayəndə statusu ilə xarici səfərlər həyata keçirirdi.

Aleks Saab 2020-ci ilin iyununda ABŞ-nin tələbi ilə Kabo-Verde ərazisində saxlanılmışdı. O, 2021-ci ilin oktyabrında ABŞ-a ekstradisiya edilmiş və Amerika bankları vasitəsilə 350 milyon dolların yuyulmasında ittiham olunmuşdu.

Uzun sürən məhkəmə prosesindən sonra Saab 2023-cü ilin dekabrında ABŞ və Venesuela arasında məhbus mübadiləsi çərçivəsində azad edilərək Karakasa qayıtmışdı.

Chosen
37
4
teleqraf.com

10Sources