EN

Bu gün 23 mindən çox bakalavr imtahanı verəcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (II cəhd) keçirəcək.

"Yeni Sabah" xəbər verir ki, imtahan 7 şəhər və rayonda – Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Abşeron, Mingəçevir və Lənkəranda, ümumilikdə 92 binada təşkil olunacaq.

İmtahan vermək üçün 23 min 89 bakalavr ərizə təqdim edib. Onlardan 21 min 372 nəfəri Azərbaycan bölməsi, 1717 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 15 min 293-ü cari ilin, 7796-sı isə əvvəlki illərin məzunlarıdır, 55 nəfər xarici ölkə vətəndaşıdır. Pepperoni pizza

Bu imtahanda 23 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) bakalavr da iştirak edəcək. 

İmtahan bütün binalarda saat 10:00-da başlanır. Saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. İmtahandan sonrakı 2-3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə esse tapşırıqları yoxlanıldıqdan sonra təqdim olunacaq.


Telegram kanalımız
Chosen
45
12
yenisabah.az

4Sources