EN

Kuba ABŞ-nin mümkün hücumuna qarşı müdafiəsini gücləndirir

Kuba hakimiyyəti ABŞ-nin mümkün işğalından qorxaraq ölkənin müdafiəsini gücləndirməyə başlayıb.

Redaktor.az xəbər verir ki, ABŞ-nin "CNN" telekanalı bu barədə öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, Kuba vətəndaşları hərbi təlim keçir və Amerika hücumu halında partizan müharibəsinə hazırlaşırlar. Ölkənin Mülki Müdafiə Agentliyi hərbi hücum zamanı necə hərəkət etmək barədə tövsiyələri özündə əks etdirən "ailə təlimatı" paylayıb.

CNN qeyd edib ki, kubalılar özləri vəziyyətə bir az qaranlıq yumorla yanaşırlar. "Amerikalılar gələndə" ifadəsi onlar üçün uzun müddətdir davam edən problemin — iqtisadiyyatı daha da pisləşdirən enerji blokadasının sonunun simvoluna çevrilib.

Aminə ŞAHSUVARQIZI

 

Chosen
61
50
redaktor.az

10Sources