WUF13 COP29-da qəbul edilmiş təşəbbüslərin tətbiqini qiymətləndirməyə imkan verəcək.
Publika.az xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (BMT-Habitat) keçmiş icraçı direktoru Maymuna Mohd Şarif bildirib.
Ümumdünya Şəhərsalma Forumu (WUF13) 2024-cü ilin noyabrında Bakıda COP29 qlobal iqlim konfransında qəbul edilmiş təşəbbüslərin tətbiqini qiymətləndirməyə imkan verəcək.
"WUF13 COP29-un qərar və nəticələrinin şəhərlərdə nə dərəcədə həyata keçirildiyini yenidən düşünməyə, nəzərdən keçirməyə və qiymətləndirməyə imkan verəcək", - o qeyd edib.