EN

Venesuela keçmiş sənaye naziri Aleks Saabı ABŞ-yə deportasiya edib

Venesuela vətəndaşlığına malik olan, əvvəllər bu ölkənin sənaye və milli istehsal naziri vəzifəsində çalışmış Kolumbiya vətəndaşı Aleks Naim Saab Moran ABŞ-yə deportasiya edilib.

"Report"un Venesuela hökumətinin bəyanatına istinadən məlumatına görə, bəyanat ölkənin informasiya və kommunikasiya naziri Migel Peresin teleqram kanalında dərc edilib.

Bəyanatda deportasiya qərarının immiqrasiya qanunvericiliyinə uyğun olaraq verildiyi bildirilir. Hakimiyyət orqanları həmçinin Saabın ABŞ-də bir sıra cinayətlərdə iştirakını iddia edirlər.

Aleks Saab əvvəllər diplomatik elçi kimi çalışıb və Venesuelaya ərzaq və dərman tədarükünü təşkil edib. 2020-ci ildə o, ABŞ-nin tələbi ilə Kabo-Verdedə saxlanılıb və 2021-ci ildə çirkli pulların yuyulması ittihamı ilə ABŞ-yə ekstradisiya edilib.

Chosen
37
3
far.az

10Sources