EN

Anar Quliyev: WUF13-ün Bakıda keçirilməsi Azərbaycan üçün böyük şərəf və ciddi məsuliyyətdir

Anar
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçirilməsi Azərbaycan üçün həm böyük şərəf, həm də ciddi məsuliyyətdir. 1news.az xəbər verir ki, bu fikirləri çıxışı zamanı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev səsləndirib.
Onun sözlərinə görə, tarixi irsin müasir inkişafla harmonik şəkildə birləşdiyi Bakı Yeni Şəhər İnkişafı Proqramının (New Urban Agenda) qəbul edilməsinin 10 illiyi ilində qlobal urbanistika dialoqunun əsas platformasına çevrilib. Anar Quliyev qeyd edib ki, forum sürətli urbanizasiya, mənzil çatışmazlığı, iqlim riskləri və postmünaqişə dövrünün bərpası kimi çağırışların müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyır. “Mənzil təminatı yalnız sosial məsələ deyil, həm də iqtisadi inkişafın, iqlim dayanıqlığının və insan ləyaqətinin mühüm amilidir”, — deyə komitə sədri vurğulayıb.

Onun fikrincə, mənzil siyasəti torpaq istifadəsi, nəqliyyat, infrastruktur, yaşıl zonalar və sosial inteqrasiyanı əhatə edən kompleks yanaşma üzərində qurulmalıdır.

Chosen
62
4
1news.az

9Sources