EN

Rossbax Azərbaycana WUF13 çərçivəsində nazirlərin görüşünün təşkilinə görə təşəkkür edib

Sherg.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Azərbaycan hökumətinə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Yeni Şəhər Gündəliyi üzrə nazirlər səviyyəsində görüşünün təşkilinə görə təşəkkürünü bildirib.

"Report"un məlumatına görə, o bu barədə nazirlər görüşündə bəyan edib.

"İcazə verin, WUF13-ün açılış günündə Yeni Şəhər Gündəliyi üzrə bu mühüm nazirlər görüşünün təşkilinə görə Azərbaycan hökumətinə təşəkkürümü bildirməklə başlayım", - o deyib.

Onun sözlərinə görə, 2026-cı il yalnız Yeni Şəhər Gündəliyinin icrasının yekunlarının qiymətləndirilməsi mərhələsi deyil, həm də inkişafın gələcək istiqamətinin müəyyən edilməsi üçün bir andır.

"Un-Habitat"ın rəhbəri vurğulayıb ki, Yeni Şəhər Gündəliyi mənzil və dayanıqlı urbanizasiya sahəsində əsas qlobal platforma olaraq qalıb: "Şəhərlər və yaşayış məntəqələri yalnız çağırışların cəmləşdiyi yer deyil, həm də həllərin geniş miqyasda tətbiqi üçün bir meydandır".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
92
8
sherg.az

10Sources