Çin ilə ABŞ ticarət və investisiya sahəsində məsələləri müzakirə etmək üçün Ticarət və İnvestisiya Şurası yaratmaq barədə razılığa gəliblər.
Â
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Çinin Kommersiya Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Â
"Ticarət Şurası çərçivəsində müəyyən mallar üzrə rüsumların azaldılması məsələləri müzakirə olunacaq. Müqayisə edilə bilən həcmli mallar üçün tariflərin qarşılıqlı azaldılması barədə razılıq əldə edilib", - qurum qeyd edir.
Â
Bundan əlavə, tərəflər bəzi kateqoriyalı mallara rüsumların azaldılması vasitəsilə ikitərəfli ticarətin, o cümlədən kənd təsərrüfatı məhsulları ticarətinin genişləndirilməsinə kömək etməyə razılaşıblar.
Â
Nazirlik həmçinin təsdiqləyib ki, Çinin Amerika təyyarələri alması, ABŞ-dan Çinə aviasiya mühərriklərinin və komplektləşdirici hissələrin tədarükünün təmin edilməsi barədə razılıq əldə edilib, habelə müvafiq sahələrdə əməkdaşlığın davam etdirilməsi razılaşdırılıb.
Â
Qurum qeyd edir ki, hazırda əldə olunmuş razılaşmaların detallarının müzakirəsi davam edir.
Â
"İki ölkənin ticarət-iqtisadi komandaları Çin-Amerika iqtisadi əməkdaşlığına və dünya iqtisadiyyatına daha çox müəyyənlik və sabitlik gətirmək üçün bu razılaşmaları ən qısa zamanda möhkəmləndirmək və onların icrasını təmin etmək niyyətindədirlər", - bəyanatda bildirilir.
Â
Xatırladaq ki, mayın 13-15-də ABŞ Prezidenti Donald Tramp Pekinə səfər edərək Çin sədri Si Cinpinlə danışıqlar aparıb.