EN

Ərdoğandan MÜHÜM AÇIQLAMALAR – “Bu ruh bu bədəndə qaldıqca...”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Gənclik Festivalı Proqramı” öncəsi açıqlamalar verib.

Musavat.com-un xəbərinə əsasən, Ərdoğan Türkiyənin 81 vilayətində və xaricdə yaşayan türk gənclərinə salamlarını göndərib, Kocaelidə gənclərlə bir araya gəlməkdən məmnunluğunu ifadə edib.

O qeyd edib ki, ömrü yetdiyi müddətdə gənclərlə yol yoldaşlığı davam edəcək.

Ərdoğan bildirib ki, gənclərlə birlikdə böyük uğurlara imza atılır və ölkənin gələcəyi onların əllərindədir.

Prezident çıxışında terrorla mübarizənin əsas məqsədinin gənclərin həyatını qorumaq olduğunu deyərək vurğulayıb:

“Bu ölkənin və bu millətin övladları həyatlarının bahar çağında solub getməsin deyə çalışırıq. Terrorla mübarizəyə sərf olunan resursların xalqın rifahına yönəlməsini istəyirik”.

Ərdoğan bildirib ki, terrorun tamamilə aradan qalxdığı Türkiyədə ölkə daha güclü və müstəqil olacaq. O, bəzi dairələrin gənclərə ümidsizlik aşılamağa çalışdığını desə də, hakimiyyətin gənclərə sonsuz güvəndiyini qeyd edib.

Gəncləri elmə, inkişafa və milli dəyərlərə səsləyən prezident deyib ki, gələcəyin alimləri, mühəndisləri və liderləri məhz bugünkü gənclərin arasından çıxacaq. Onun sözlərinə görə, dünyada sülhün və ədalətin bayrağını yüksəldəcək olan da məhz gənclərdir.

Ərdoğan sonda Türkiyənin yüksəliş dövründə olduğunu vurğulayaraq bildirib ki, bu uğurların arxasında xalqın zəhməti və xüsusilə gənclərin enerjisi dayanır:

“Millət olaraq üzərimizə səpilən ölü torpağından qurtulduq. Artıq öz potensialımızın fərqindəyik”.

Musavat.com

Chosen
62
musavat.com

1Sources