EN

Braziliya səfiri: Azərbaycanda şəhərsalma ilə bağlı aparılan işlərin WUF13-də nümayişi vacibdir

Bakıda baş tutan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) Azərbaycanda aparılan şəhərsalma ilə bağlı işlərin nümayişi vacibdir.

Bunu "Far.Az"a açıqlamasında Braziliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Manuel Monteneqro deyib.

O qeyd edib ki bu buradakı müzakirələr daha sonra BMT Baş Assambleyasına təqdim olunacaq və bu, özlüyündə çox əhəmiyyətlidir: "Çox vacib hesab etdiyim digər məsələ isə Azərbaycanda şəhərlərin inkişafı və yenidənqurma üçün planlaşdırılan işlərin burada nümayiş etdirilməsidir".

Səfir vurğulayıb ki, Braziliya nümayəndə heyəti forumda mövcud çağırışlarla mübarizə aparmaq üçün nə etdiyini göstərəcək: "Mənzil insan ləyaqətinin, bərabərliyin və təhlükəsizliyin əsasını təşkil edir. Həmçinin, danışacağımız ekoloji dayanıqlılıq məsələsi də çox vacibdir, çünki hazırda yaşadığımız iqlim böhranı ən çox həssas və imkansız əhali qruplarına təsir edir. Düşünürəm ki, burada müzakirə olunacaq bütün bu mövzular son dərəcə vacibdir".

Chosen
35
far.az

1Sources