EN

Noyer növbəti dəfə dünya çempionatında oynayacaq?

“Bavariya”nın qapıçısı Manuel Noyer 2026-cı il dünya çempionatında iştirak etmək üçün Almaniya milli komandasına qayıdacaq.

"Ölkə.az" xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberg məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, yığmanın baş məşqçisi Yulian Nagelsmann 40 yaşlı qolkiperə əsas heyətdə yer vermək qərarı qəbul edib. Tərəflər son həftələr ərzində bununla bağlı danışıqlar aparıblar.

Almaniya millisində ümid edirlər ki, Noyerin Bundesliqanın 38-ci turunda Kölnlə keçirilən və 5:1 hesabı ilə başa çatan matçda aldığı zədə ciddi olmayacaq.

DÇ-2026-nın qrup mərhələsində Almaniyanın rəqibləri Kurasao, Fildişi Sahili və Ekvador olacaq.

Noyer 2009–2024-cü illərdə Almaniya millisinin formasını geyinib. O, AVRO-2024dən sonra yığmadakı karyerasını başa vurduğunu açıqlamışdı. Təcrübəli qolkiper bundestimin heyətində ümumilikdə 124 oyun keçirib.

Chosen
35
1
olke.az

2Sources